Ucar sakini dəm qazından zəhərləndi

SOSİAL 23 noy 2021, 23:01

Ucar rayonunda qadın dəm qazından boğularaq ölüb.

Hadisə bu gün gündüz saatlarında rayonun Qazyan kəndində olub. Belə ki, kənd sakini, 1974-cü il təvəllüdlü Kəmalə Fəzail qızı Mehdiyeva hamam otağında dəm qazından boğularaq ölüb. Məlumata görə, evdə tək olan K.Mehdiyevanın cəsədini həyat yoldaşı işdən qayıdan zaman hamam otağında tapıb.

Faktla bağlı Ucar rayon Prokurorluğunda araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top