Ərdoğan bələdiyyə sədrini mükafatlandırdı

DÜNYA 18 noy 2021, 11:16
İstanbulun Tuzla Rayon Bələdiyyəsinin həyata keçirdiyi təhsil layihələri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən mükafatlandırılıb.

Demokrat.az xəbər verir ki, Tuzla Bələdiyyə Sədri Şadi Yazıcının təklifi ilə həyata keçirilən Kampüs Tuzla təhsil çalışmaları, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən mükafata layiq görülüb.

Tuzlada 3-25 yaş arası gənclər Tuzla Bələdiyyəsi Kampüs Tuzla təhsil ocağında yetişdirilir. Burada 100-ə yaxın fərqli mövzularda təhsil alan gənclər bu şəkildə gələcəkdə hansı sahəyə yönələcəklərini müəyyən edə bilirlər. Kampüs Tuzla layihəsi Tuzla Rayonunun hər yerində təhsil alan şagirdlərə məktəb və ev xaricində gedə biləcəkləri 3-cü ünvan və ya məkan imkanı verir. Bu layihə sayəsində şagirdlər elm, mədəniyyət, incəsənət, idman və səyahət sahələrində aldıqları təhsil ilə Anadolu torpağının bərəkətini təhsillə birləşdirərək müasir dövrün təlabatına uyğun olaraq elmi biliyi olan yüksək fərdlərə çevrilirlər. 

Həyata keçirilən bütün bu işlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən mükafata layiq görülüb. 

Ankara Millət Baxçasında keçirilən “Tam Bana Göre Festival” adlı tədbir çərçivəsində Türkiyənin hər tərəfindən bələdiyyələrin təqdim etdiyi layihələr qiymətləndirilib. Bu qiymətləndirmələr nəticəsində Tuzla Bələdiyyəsi, Kampüs Tuzla təhsil ocağı ilə mükafata layiq görülüb. 

Tuzla Bələdiyyə Sədri Şadi Yazıcıya bu mükafatı şəxsən Prezident Rəcəb Tayyib Ərdoğan özü təqdim edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top