“Ermənistan yaxın aylarda bir çox şeylərə məcbur ediləcək”

QARABAĞ 17 noy 2021, 18:24
“Ermənilər, konkret halda Ermənistan hakimiyyəti  10 noyabr 2020-ci il  üçtərəfli Bəyannaməsindən irəli gələn öhdəliklərin bir çoxunu bu günədək yerinə yetirməyib və onlardan bu tələb olunduqda dərhal təxribatlar başlayır”.

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı Qafar Çaxmaqlı deyib.  

Onun sözlərinə görə, baş verən təxribatların əsas səbəbi bu işi uzatmaqdır: “Səbəb nədir? Sərhədlərin müəyyənləşdirilməsi prosesinə start verilərsə və bu iş başa çatarsa, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq zorundadır. Bu ölkədə hesab edirlər ki, sərhəd prosesinin başa çatması Qarabağın hələlik rus və ermənilərdə olan bölgəsinin də əldən çıxmasına gətirib çıxaracaq. Həm də ermənilərin Zəngəzur dəhlizinin açılmasını problemə çevirmək istəkləri var. Belə təxribatlarla Ermənistan vaxt qazanmağa və beynəlxalq birliyin müdaxiləsinə ümid edir”. 

Q.Çaxmaqlı vurğulayıb ki, Ermənistanda məsələləri mümkün qədər beynəlmiləlləşdirmək siyasəti davam etdirilir: “Bəs, bu metod işləyə bilərmi? Hesab edirəm ki, Ermənistan arzu etdiklərinin heç birinə nail ola bilməz, çünki o məğlub tərəfdir və regionda hər hansı məsələləyə təsir etmək imkanına sahib deyil. O, özünə tərəfdar axtarışındadır, onlar da nəticə vermir. Artıq bölgədə siyasi və hərbi təsir imkanına sahib Türkiyə var. Ermənistan yaxın aylarda bölgədə barışın təsis edilməsi üçün bir çox şeylərə məcbur ediləcək”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top