Sumqayıtda gündüz saatlarında qaz olmayacaq

SOSİAL 17 noy 2021, 10:53
Sumqayıt şəhərinin bəzi ərazilərində qaz olmayacaq.

Bu barədə Oxu.Az-a Sumqayıt Qaz İstismarı Sahəsindən məlumat verilib.

Bildirilib ki, bu gün səhər saat 10:00-dan saat 17:00-dək Sumqayıt şəhərinin Kimyaçılar, Kotec, İnşaatçılar qəsəbələri, Xəzər bağları yaşayış massivi, 26-cı məhəllə, Bulvar ərazisinin qaz təchizatı dayandırılacaq və 8500 abonentin qaz təminatında məhdudiyyət yaranacaq.

Məhdudiyyətlərə səbəb Hacı Zeynalabdin qəsəbəsi - Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirməklə yenidən qurulması layihəsini həyata keçirilməsidir. Belə ki, tikinti sahəsinə düşən 273 mm-lik yeraltı orta təzyiqli qaz kəmərinin yenidən quraşdırılmış işlək qaz kəmərinə qoşulması məqsədi ilə qeyd edilən ərazilərdə gündüz saatların qazın verilişi dayandırılacaq.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 noy 2021, 18:28
Top