MN-in sözçüsü Ermənistanın təxribatları ilə bağlı brifinq keçirdi — YENİLƏNİB

HƏRBİ 16 noy 2021, 16:10
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov brifinq keçirib.

Demokrat.az
xəbər verir ki, o, Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədində Azərbaycana qarşı törədilən genişmiqyaslı təxribatlarla bağlı son vəziyyəti açıqlayıb.

O bildirib ki, son dövrlərlə müqayisədə erməni təxribatları bu gün daha da intensivləşib.

Nazirlik rəsmisi bildirib ki, Ermənistan tərəfi qəfil hərbi əməliyyatlara başlayıb: "Döyüş postlarımıza hücum olunub, iki hərbi qulluqçumuz yaralanıb, həyatlarına ciddi təhlükə yoxdur".

O qeyd edib ki, xeyli sayda silah-sursat hərbi qənimət kimi ələ keçirilib: "Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, vəziyyət nəzarət altındadır".

***15:55

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov brifinq keçirir.


Demokrat.az xəbər verir ki, o, Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədində Azərbaycana qarşı törədilən genişmiqyaslı təxribatlarla əlaqədar açıqlamalar verir.

Nazirlik rəsmisi Ermənistanın təxribatları ilə bağlı sualları cavablandırır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top