Şəhid jurnalist haqqında çəkilən "Canım mənim" filmi təqdim edildi — VİDEO

BİZNES 15 noy 2021, 17:03
Dağlıq Qarabağ münaqişəsindən bəhs edən daha bir film - "Canım mənim” filmi bu günlərdə təqdim edildi.

“Qarabağ” silsiləsindən ikinci film olan “Canım mənim” filmi birinci Qarabağ müharibəsi zamanı peşə borclarını yerinə yetirən zaman həlak olmuş jurnalistlərdən bəhs edir. Qeyd edək ki, ekran əsərində baş qəhrəman şəhid jurnalist Salatın Əsgərovanın obrazıdır. “Planet Parni iz Baku Films” şirkətinin lentə aldığıi filmin ssenari müəllifləri Tahir İmanov və Ənvər Mansurov, rejissoru Ənvər Mansurovdur. Filmin çəkilişinə dəstək olan şirkətlədən biri də “Nar”dır. Qeyd edək ki, film “Nar”ın Zəfər Gününə həsr etdiyi “Yaşa, Vətən!” kommunikasiyası  çərçivəsində dəstək olduğu layihələrdən biridir. 

Tahir İmanovun sözlərinə görə, film real tarixi faktlara əsaslanır: “Əsas məqsədimiz Qarabağ münaqişəsinin başlanmasına rəvac verən hadisələri, əsl həqiqətləri və müqəssirləri rusdilli auditoriyaya, eyni zamanda beynəlxalq ictimaiyyətə göstərməkdir. Filmdə, həmçinin Qarabağ müharibəsi zamanı azərbaycanlılarla yanaşı, digər millətlərdən olan şəxslərə qarşı da qətliamlar törədildiyini göstəməyə çalışmışıq”.

Xatırladaq ki,  “Planet Parni iz Baku Films” şirkətinin “Qarabağ” silsisləsindən birinci filmi olan “Bir topa adam” filmində müharibənin əslində necə başlanmasından bəhs edirdi. Filmin çəkilişinə “Nar” dəstək olmuşdu. 



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top