Yevlaxda yeni park istifadəyə verildi — FOTOLAR

SOSİAL 15 noy 2021, 16:27
Yevlaxda həyata keçirilən “Hər kənddə bir park” layihəsi çərçivəsində rayonunun Balçılı kəndində yeni park salınıb.

Demokrat.az xəbər verir ki, təxminən yarım hektar ərazidə inşa olunan parkda yaşıllıqlar salınıb, uşaq əyləncə və idman qurğuları, oturacaqlar quraşdırılıb və digər bütün lazımi şərait yaradılıb. Həmçinin parkda gecə işıqlanması sistemi quraşdırılıb.

Parkda həmçinin Balçılı kəndindən olan 1-ci Qarabağ müharibəsi şəhidi Yaqub Nəbiyevin və Vətən Müharibəsi şəhidi Mikayıl Əlibəylinin xatirəsinə xatirə  bulağı da tikilib.

Parkın açılış mərasimində Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, ziyalılar, kənd sakinləri, şəhid ailələri və qazilər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Açılışda çıxış edən Şəhər İcra Hakimiyyətinin başçısı parkın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. Qeyd etdi ki, Yevlax rayonunda insanların asudə vaxtlarının səmərəli keçirməsi məqsədilə “Hər kənddə bir park” layihəsi həyata keçirilir. Layihə çərçivəsində rayonun digər kəndlərində də belə parklar inşa ediləcək. Balçılı kəndində salınmış bu parkın özəlliyi ondan ibarətdir ki, burada 2 şəhidin xatirəsinə bulaq tikilib, bu həm də burada vaxtının böyük hissəsini keçirəcək olan uşaqların, gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşmasında mühüm rol oynayacaq.

Tədbirdə çıxış edən şəhid ailələrinın nümayəndələri, qazilər və sakinlər yaradılan şəraitə görə Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.

No description available.No description available.No description available.No description available.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top