Bakıda sərxoş piyadanı maşın vuraraq öldürdü

HADİSƏ 15 noy 2021, 12:37
Bakının Xəzər rayonunda ağır yol qəzası zamanı bir nəfər ölüb.

Demokrat.az xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində baş verib.

Belə ki, 1971-ci il təvəllüdlü Hüseynov Azad Məmmədağa oğlu yaşadığı evdən çölə çıxıb. Bu zaman onu avtomobil vurub. Piyada zərbənin təsirindən ölüb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xəzər Rayon şöbəsinə aparılıb. Məlum olub ki, piyada sərxoş vəziyyətdə olub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top