“Əgər Rusiya bu terrorçunu Azərbaycana təhvil verərsə, o zaman ədalətli olacaq”

GÜNDƏM 14 noy 2021, 14:31
"Əliqanlı bir qatilin, Azərbaycana deyil, bölücü qruplara təslim edilməsi beynəlxalq hüquqa tamamilə ziddir. Bunu qəbul etmək mümkün deyil. Azərbaycan tərəfi bunun izini buraxmayacaq."
 
Bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç dünən erməni terrorçunun Şuşada Azərbaycan və rus hərbçilərinə əl qumbarası atmasını şərh edərkən deyib.
 
O, eyni zamanda Rusiya sülhməramlılarının bu hərəkətini doğru hesab etmədiyini bildirib.
 
"Düşünürəm ki, Türkiyə tərəfi də bu məsələ ilə bağlı ətraflı bilgiyə sahib deyil. Türkiyə nə edirsə, Azərbaycan üçün edir. Bu məsələyə də səssiz qalmamalıyıq. Günahkarı himayə etmək, qorumaq özü bir cinayətdir. Onun tez bir zamanda məsuliyyətə cəlb edilməsi lazımdır. Bu cinayətkar Azərbaycana verilməlidir. Əgər Rusiya bu terrorçunu Azərbaycana təhvil verərsə, o zaman ədalətli olacaq" - deyə, o qeyd edib.
 
Xatırladaq ki, dünən səhər saatlarında bir nəfər Ermənistan vətəndaşı Şuşanın Daşaltı kəndi ərazisində Azərbaycan hərbçilərinin və Rusiya sülhməramlılarının olduğu posta əl qumbarası atıb. Nəticədə üç Azərbaycan hərbçisi yaralanıb. Terrorçu rus sülhməramlıları tərəfindən saxlanılaraq Ermənistan tərəfinə təhvil verilib./Moderator.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top