Tovuzda amansızlıqla öldürülən Nərminin anası hamilədir

SOSİAL 13 noy 2021, 18:15
Ötən il Tovuz rayonunun Dondar Quşçu kəndində zorlandıqdan sonra amansızlıqla yandırılan 10 yaşlı Nərmin Quliyevanın anası Aynurə İsmayılova hamilədir.

Demokrat.az xəbər verir ki, A.İsmayılovanın üçüncü övladı dünyaya gələcək.

O, açıqlamasında faktı təsdiqləyib.

A.İsmayılova bildirib ki, yeni doğulacaq körpəsi yeddi aylıqdır: “Biz düşünmüşdük ki, qız olsa adını Nərmin, oğlan olsa Nadir qoyacağıq. Həkimlər ultrasəs aparatı ilə baxıb, oğlan olduğunu dedilər”. 

Qeyd edək ki, 2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyiti yanvarın 6-da saat 19:30-da Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb.(news24.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top