Azərbaycan növbəti dəfə Türkiyənin genişmiqyaslı ağacəkmə aksiyasına qoşuldu

SOSİAL 11 noy 2021, 19:58

Qardaş Türkiyənin “Gələcəyə nəfəs ol!” ağacəkmə təşəbbüsü artıq genişmiqyaslı kampaniyaya və bir tarixə çevrilib, ölkəmizdə də bu təşəbbüs ənənə halını alıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, Türkiyədə 11-ci ayın 11-ci günündə keçirilən “Gələcəyə nəfəs ol!” adlı ağacəkmə təşəbbüsünə Azərbaycan ənənəvi olaraq qoşulur, keçən ilin bu günündə də Azərbaycan böyük coşqu ilə bu kampaniyaya qoşuldu və on minlərlə ağac əkildi.

"Bu il də biz böyük məmnuniyyət və xoş əhvali-ruhiyyə ilə dost və qardaş Türkiyənin bu təşəbbüsünü dəstəkləyərək bütün ölkə ərazisində, eyni zamanda, Qarabağ bölgəsində, Zəngilan və Cəbrayılda genişmiqyaslı ağacəkmə aksiyaları keçiririk və əkəcəyimiz 111 min ağacla bu aksiyaya simvolik töhfəmizi veririk.

İnanıram ki, böyük ruh yüksəkliyi və əhvali-ruhiyyə ilə əkilən bu ağaclar gələcəkdə böyük yaşıllığa çevriləcək", - deyə İ.İbrahimova fikrini tamamlayıb.

Nazirlik sözçüsü qardaş ölkənin bu təşəbbüsünü dəstəkləyib ağac əkininə qoşulan bütün tərəfdaşlara dərin təşəkkürünü bildirib. /azərtac

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top