Milli Məclisin daha bir neçə komitəsində gələn ilin büdcəsinin müzakirəsi yekunlaşdı — YENİLƏNİB

DAXİLİ SİYASƏT 11 noy 2021, 16:56
Bu gün Milli Məclisin komitələrinin birgə keçirilən iclaslarında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirilib.

Demokrat.az
xəbər verir ki, toplantıda maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Ombudsman Səbinə Əliyeva, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və deputatlar iştirak ediblər.

Layihəyə əvvəlcə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında baxılıb.

Daha sonra isə qanunverici orqanın Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə toplantısı keçirilib.

Müzakirələrdən sonra büdcə zərfi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

***11:03

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclası keçirilir.


Demokrat.az xəbər verir ki, toplantıda gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirə olunur. 

Müzakirələrdə maliyyə naziri Samir Şərifov, Ombudsman Səbinə Əliyeva, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və deputatlar iştirak edirlər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top