Tanışları tərəfindən bıçaqlandı

HADİSƏ 10 noy 2021, 23:57

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında rayonun Zəngənə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1993-cü il təvəllüdlü Balayev Babək Balabəy oğlu tanıdığı şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı çoxlu qan itirdiyindən təcili olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin təfərrüatı dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır./Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top