“Saakaşviliyə telefonla danışmaq qadağandır”

GÜNDƏM 10 noy 2021, 21:15

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin telefon danışıqlarına qoyulan məhdudiyyət qüvvədə qalır.

Bunu prokuror Carci Tsiklauri qeyd edib. Çərşənbə günü Tbilisi şəhər məhkəməsi eks-prezidentin 2007-ci ilin noyabrı işi üzrə həbs-qətimkan tədbirini ləğv edib. Saakaşvilinin vəkilləri bildiriblər ki, bu yolla Saakaşvili telefon danışıqları hüququ əldə edə biləcək. Tsiklauri isə bunu inkar edib: 

“Biz ittiham tərəfi olaraq ədalətin maraqlarına əsaslanaraq təqsirləndirilən şəxslərin müəyyən hüquqlarını, o cümlədən telefon danışıqlarını məhdudlaşdırdıq. Bu məhdudiyyət qüvvədə qalır, çünki bizim qanuni hüququmuz var və ondan ədalətin bərqərar olması üçün istifadə edirik”.

Onun sözlərinə görə, məhkəmə yalnız həbs-qətimkan tədbirini ləğv edib, hüquqların məhdudlaşdırılmasını yox./qafqazinfo

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top