“Azerçay” Qələbə Qaçışına dəstək verdi — FOTO

SOSİAL 10 noy 2021, 19:51
“Azerçay” Qələbə Qaçışına dəstək verib.

Gənclər və İdman nazirliyi tərəfindən Zəfər bayramına həsr olunmuş  xeyriyyə qaçışı təşkil edilib. “Qürurla irəli!”  şüarı ilə təşkil edilmiş marafondan əldə olunan ianələr YAŞAT Fonduna köçürülüb. 5000 metrlik məsafəyə qaçışda dövlət rəsmiləri, ictimai xadimlər, idman ustaları və sakinlər iştirak edib. Ölkəmizin  tarixinə mədəniyyətinə və dəyərlərinə xüsusi həssaslıqla yanaşan “Azerçay” ənənəsinə sadiq qalaraq adıçəkilən layihəyə də öz dəstəyini göstərib.

Qaçışda iştirak edən qonaqları və iştirakçıları çaya qonaq edən milli markamız, həmçinin onları yeniliklər barədə məlumatlandırdı. Qaçışın sonunda 5000 metr məsafəni ilk qət etmiş qaliblərə doğma çay - “Azerçay” tərəfindən hədiyyələr verildi. 

Son həftə ərzində Zəfər Günü ilə əlaqədar təşkil edilmiş onlarla layihənin təşkilində yaxından iştirak etmiş doğma çay “Azerçay” gələcəkdə də bu məsələ ilə bağlı həssasiyyətini qoruyaraq dəstək verməyə davam edəcək.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top