Erməni xalqı gələcəklə bağlı bədbindir — Anadolu Agentliyi İrəvandan yazır

REGİON 10 noy 2021, 17:23
Türkiyənin Anadolu Agentliyi İrəvandan reportaj hazırlayıb.

Anadolu Agentliyi xəbər verir ki, reportaj zamanı erməni vətəndaşlar 2-ci Qarabağ müharibəsindən sonra gələcəklə bağlı ümidsiz olduqlarını dilə gətirib. 

Ermənistanla Azərbaycan arasında imzalanan kapitulyasiya müqaviləsindən 1 il keçir. 

Məğlubiyyət, Ermənistanda çevriliş təşəbbüsü və sosial narahatlığı artırıb. 

İrəvanda keçirilən sorğuda iştirak edən ermənilərin çoxu bədbin ruhda olduğunu ifadə edib. 



Birinci Qarabağ müharibəsində Ermənistan ordusunda kapitan olaraq iştirak edən Arakelyan Kamo, sonuncu müharibədə həm torpaq, həm də uşaqlarını itirdiklərini bildirib: “Çox üzücü bir vəziyyətdir. Bölgədə Azərbaycanla Türkiyə eyni cəbhədədir. Onu bilirəm ki, bizim dostumuz İrandır. Gürcüstan belə dostumuz deyil. Rusiya da bizim dostumuz deyil."

Sülhün yenidən bərqərar olacağına inanmadığını bildirən 80 yaşlı Qevorqyan Frenel, İran istisna olmaqla öz ölkələrinin belə düşməncə davrandığını deyib. 

Venera Çilinqaryan adlı vətəndaş, “Bu müharibə Ermənistan və erməni xalqı üçün çox ağır və hüznlü keçdi. Əslim Qarabağdandır. İtkilərimiz çox oldu. Hökümətdən pislikdən başqa heç nə gözləmirəm” deyib. 

Təqaüdçü Larisa Keranyan, bölgəyə əminamanlığın gələcəyinə inandığını söyləyib. 

Tələbə Lila isə deyib: "Bu il hamımız üçün min il kimi keçdi. Hamımız müharibənin ağrısıyla yaşamağa davam edirik.”(visiontv.az)



Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top