Maliyyə naziri: “Büdcə gəlirlərimiz nəzərdə tutulandan daha artıqdır”

MALİYYƏ 10 noy 2021, 15:39
"Biz büdcə proqnozlarını tərtib edərkən neftin müəyyən qiymətini nəzərdə tutmuşduq. Hazırda 9 ayın orta çəkili qiyməti təxminən büdcə proqnozunda nəzərdə tutulan qiymətdən 28 dollar artıqdır".

Demokrat.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

"Neft qiymətlərinin artımı hələ də davam edir. Yəqin ki, hadisələri izləyirsiniz və bunun nə ilə bağlı olduğunu bilirsiniz", - nazir vurğulayıb.

Maliyyə naziri qeyd edib ki, Azərbaycanın büdcə gəlirləri nəzərdə tutulandan daha çoxdur: "1,5 milyard manat məbləğində artıq daxilolmalar gözlənilir".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top