“Düşmən bizim qürur şəhərimizə dönüşümüzün əbədi olduğunu qəbul etməz zorundadır” — Partiya rəsmisi

GÜNDƏM 09 noy 2021, 11:29
“Dünən Şuşanın Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümü münasibətilə Azərbaycanın Vətən Müharibəsindəki qələbəsi Şuşa şəhərində təntənə şəkildə qeyd edildi. Əlbəttə ki, qələbənin Şuşada qeyd olunması xüsusi bir məqamdır. Çünki Şuşa həm strateji, həm də mənəvi baxımdan müstəsna mövqe tutur”. 

Bunu Demokrat.az-a açıqlamasında VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib.



Partiya rəsmisi vurğulayıb ki, Şuşanın təməlini 1752-ci ildə Pənahəli xan qoyub: 

“Gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. Qeyd edim ki, işğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bilib və Şuşaya gələn hər bir insan bunu aydın şəkildə görür. Hətta, dağılmış vəziyyətdə, işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bilib, əyilməyib, sınmayıb və bizi gözləyib. Şuşa artıq azaddır! Biz azad Şuşada həyatı dirçəldirik. Şuşada festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Zəfər Gününün atəşfəşanlığı isə xüsusi bir mesajdır. Bunu düşmən görür və bizim qürur şəhərimizə dönüşümüzün əbədi olduğunu qəbul etməz zorundadır”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top