Orduda andiçmə mərasimləri keçirilib — FOTO

HƏRBİ 08 noy 2021, 19:12

Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, noyabrın 8-də Azərbaycan ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, mərasimlərdə Azərbaycan Respublikasının Dövlət himni səslədirilib, gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.oba.azSonra Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissələrin komandanlıqları gənc əsgərləri Hərbi andı qəbul etmələri münasibəti ilə təbrik edib, xidmətlərində nizam-intizamlı, vicdanlı və cəsarətli olmağı, həvalə edilmiş silah və texnikanı dərindən öyrənməyi, Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar. Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top