Bakıda zəfər yürüşü başa çatdı — YENİLƏNİB

DAXİLİ SİYASƏT 08 noy 2021, 11:11
Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən genişmiqyaslı yürüş başa çatıb.

Demokrat.az
xəbər verir ki, aksiya Hərbi Qənimətlər Parkında yekunlaşıb.

***10:05

Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə genişmiqyaslı yürüş keçirilir.


Demokrat.az xəbər verir ki, hərbi orkestrin müşayiəti ilə "Azneft" dairəsindən başlayan aksiyada onminlərlə insan iştirak edir.

Yürüş iştirakçıları əllərində Azərbaycanın şanlı bayrağını daşıyırlar. Yürüşü çiynində 470 metr uzunluğunda Azərbaycan dövlət bayrağı olan hərbçilər müşayiət edir.

Aksiya "Ağ şəhər" bulvarınada - Hərbi Qənimətlər Parkında yekunlaşacaq.




Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top