Kərimin vəziyyəti ağırdır: “Nə danışır, nə tərpənir”

ŞOU-BİZNES 05 noy 2021, 15:13
“Kərimin vəziyyəti çox pisdir, necə var eləcə də düşüb qalıb. Nə danışır, nə tərpənir”.

Bunu “Qaynarinfo”ya açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov uzun zamandır ağır xəstəlikdən əziyyət çəkən həmkarı Ağakərim Novruzovun səhhətindən danışarkən deyib. O, Kərimin sağlıq durumunun günü-gündən geri getdiyini deyib:

“Müsbət heç nə yoxdur. Əksinə, gerilik var ki, irəliləyiş yoxdur. Həkimlər deyir tərpənməsin yerindən, yəni onu bundan sonra harasa aparmaq mümkün deyil”.

Meyxanaçı həmkarının gözəl səsi olduğunu xüsusi vurğulayıb:

“Hərdən yanına gedirəm, baxıram ürəyim ağrıyır. Onda olan səs meyxanada heç kimdə yoxdur. Tez-tez də oğlundan soruşuram. Daha o halda da deyil ki, yanına adam gəlsin, öz dərdi ilə baş-başadır. Amma onun vəziyyəti ilə maraqlananlar çoxdur, dövlət də dəstək olur. Allah kömək olsun, bu sənətdə Kərim bir də yetişər, ya yox, bilmirəm”.

Qeyd edək ki, meyxana ifaçısı Ağakərim Novruzov 2017-ci ilin mart ayında insult keçirib.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top