Özbəkistan sosial şəbəkələrə qadağa qoydu

DÜNYA 03 noy 2021, 22:35
Özbəkistan hökuməti “Telegram”, “Facebook”, “Odnoklassniki”, “YouTube” platformalarını məhdudlaşdırıb.
 
Bu barədə ölkənin İnformasiyalaşdırma və Telekommunikasiya Sahəsinə Nəzarət üzrə Dövlət Müfəttişliyi (Uzkomnadzor) məlumat yayıb.
 
Qeyd olunur ki, bu platformalar şəxsi məlumatlar haqqında qanunvericiliyi pozublar.
 
“Müəyyən edilmiş problemlər aradan qaldırılana qədər Özbəkistan ərazisində müvafiq resurslardan istifadə məhdudlaşdırılır”, - deyə qurum bildirib./modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top