Azərbaycanın qış turizmi potensialı Qazaxıstanın turizm sənayesinə tanıdıldı

TURİZM 03 noy 2021, 17:27
Noyabrın 3-də Azərbaycan Turizm Bürosu və Qazaxıstanın “Air Astana” aviaşirkətinin “Azərbaycanda qış tətili” mövzusunda keçirdiyi birgə vebinarda ölkəmizin qış turizmi üzrə potensialı nümayiş olunub.

Demokrat.az xəbər verir ki, tədbir iki ölkə arasında müntəzəm uçuşların bərpa edilməsi ilə əlaqədar keçirilib.

Qazaxıstan turizm sənayesinin nümayəndələrinin qatıldığı onlayn tədbirdə Qazaxıstan vətəndaşlarının Azərbaycana səfər etməsinin önəmi vurğulanıb və Azərbaycanın qış turizmi üzrə destinasiya kimi tanıdılmasına dair prezentasiya təqdim edilib. 

Tədbirdə Azərbaycan Turizm Bürosunun, “Air Astana” aviaşirkətinin, “Şahdağ” Turizm Mərkəzinin, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin və “Absheron Hotel Group” şirkətinin nümayəndələri çıxış ediblər.

“Air Astana” aviaşirkətinin nümayəndələri Azərbaycanla tərəfdaşlıqdan məmnunluqlarını vurğulayıblar.

Qeyd edək ki, cari ilin noyabr ayından etibarən “Air Astana” aviaşirkəti ilə Azərbaycan Turizm Bürosu arasında əməkdaşlıq çərçivəsində silsilə marketinq kampaniyalarının həyata keçirilməsi planlaşdırılır.

No description available.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top