Yevlaxda ərə gedən azyaşlı gəlindən tükürpədən açıqlamalar: “Hamilə qaldım, xəstəxanaya aparmadılar ki...”

HADİSƏ 03 noy 2021, 11:42
Yevlax rayonunda 2002-ci il təvəllüdlü Əhməd Məmmədov 15 yaşlı Səbinə (ad və soyad şərti verilib – red.) ilə ailə qurub, onunla cinsi əlaqədə olmaqda ittiham edilir. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əhməd 3 oktyabr 2020-ci ildə, saat 18 radələrində yaşadığı evdə Səbinə ilə cinsi əlaqədə olub. O, bu əməlini həmin ilin dekabrın 4-dək davam etdirib. 

Daha sonra Əhməd Səbinə ilə qeyri-rəsmi ailə həyatı qurub, 2021-ci ilin martın 4-dək cinsi əlaqədə olmaqda davam edib. 

İstintaq orqanı tərəfindən Əhmədin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Təqsirləndirilən şəxs bildirib ki, valideynləri ilə birlikdə Yevlax şəhərində yaşayır: “Səbinəni 2019-cu ilin sonlarında tanımışam. Səbinə ilə tanış olduqdan sonra ondan xoşum gəldi. Onu sevməyə başladım. Səbinə də məni sevdi. Xasiyyətlərimiz uyğun gəldiyi üçün Səbinə ilə evlənmək qərarına gəldik. Səbinə də mənimlə evlənməyə razı oldu. Lakin Səbinə azyaşlı olduğunu və evlənmək yaşına çatmadığını bildirdi. Səbinəni sevdiyimi və onunla ailə qurmaq istədiyimi anama dedim”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2020-ci ilin yanvarında onun valideyinləri Səbinənin yaşadığı evə elçiliyə gediblər: “Elçilikdən sonra anam mənə Səbinənin 18 yaşına çatmadığını, bu səbəbdən Səbinənin valideyinlərinin onunla ailə qurmasına yalnız qızın 18 yaşı tamam olduqdan sonra razı olacaqlarını dedi. Təxminən üç gün sonra mənim valideyinlərim yenidən Səbinənin yaşadığı evə elçiliyə getdilər. Səbinənin valideyinləri mənimlə onunla ailə qurmağıma üç ildən sonra razı olacaqlarını dedilər. Mobil telefon vasitəsi ilə tez-tez Səbinə ilə danışdım”.

Əhməd qeyd edib ki, 2020-ci ilin oktyabrında Səbinə onunla evlənmək istədiyini və gələrək onu aparmasını deyib: “2020-ci ilin oktyabrın ortalarında Səbinə mənə zəng etdi, babasının yaşadığı evdə olduğunu dedi. Bundan sonra Səbinəni əvvəlcə bibimin evinə, səhəri gün isə yaşadığım evə apardım. Həmin vaxtdan başlayaraq Səbinə mənimlə birlikdə yaşadı. Dekabrın 4-də, saat 23.30-da Səbinənin razılığı ilə onunla bir dəfə cinsi əlaqədə olduq. Həmin vaxt Səbinənin bakirəliyi pozuldu”.

Əhməd deyib ki, 2020-ci ilin dekabrın sonlarında Səbinə hamilə olduğunu deyib: “Səbinə hamilə olduqdan sonra həm mənim, həm də Səbinənin valideyinləri bu barədə bildilər. Hamiləliyinin həftələri yuxarı qalxdıqca Səbinə özünü narahat hiss etdi. Bu səbəbdən 12 iyun 2021-ci ildə anası Səbinəni yaşadığı evə apardı. Həmin gün Səbinə xəstəxanaya apardılar. Həkim Səbinəni müayinə edərək 21-22 həftəlik hamilə olduğunu dedi”. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səbinənin sözlərinə görə, Yevlax şəhərində valideyinləri ilə birlikdə yaşayır: “Əhmədlə 2019-cu ilin sonlarında tanış olmuşam. Mənim Əhmədlə əvvəllər qohumluğum olmayıb. Əhməd mənimlə tanış olduqdan sonra məni sevdi. Mən də Əhmədi sevdim. Əhməd mənimlə evlənmək istədiyini dedi”. 

Zərərçəkmiş qeyd edib ki, Əhmədə azyaşlı olduğunu və evlənmək yaşına çatmadığını deyib: “Əhməd valideyinlərini mənim yaşadığım ünvana elçiliyə göndərəcəyini dedi. Əhmədin məni sevdiyini və mənimlə ailə qurmaq istədiyini anama dedim. Anam mənə azyaşlı olduğumu və evlənmək yaşıma çatmadığımı dedi”. 

Səbinə bildirib ki, 14 yanvar 2020-ci ildə Əhmədin anası, atası və yaxın qohumları yaşadığı ünvana onun Əhmədlə evlənməyinə valideyinlərinin razılığını almaq üçün elçiliyə gəliblər: “Elçilik vaxtı Əhmədin anası və atası məni valideyinlərimdən oğlanları Əhmədə istədilər.Valdeyinlərim mənim azyaşlı olduğumu və evlənmək yaşına çatmadığımı dedilər. Anam mənim 18 yaşı tamam olduqdan sonra Əhmədlə ailə qurmağıma razılıq verdi. Həmin vaxtdan sonra Əhmədin valideyinləri yaşadığımız evə bir neçə dəfə elçiliyə gəldilər. Anam əvvəlki fikrində qaldı, 18 yaşım tamam olmamışdan əvvəl ailə qurmağıma razılıq vermədi”.

Səbinənin ifadəsinə görə, 2020-ci ilin yay fəslində valideyinləri ilə birlikdə babasına məxsus evdə yaşayıblar: “Əhməd mobil telefon vasitəsi ilə mənimlə mütəmadi olaraq danışıb. 2020-ci ilin oktyabrın əvvəlində Əhməd mənə pandemiya ilə əlaqədar olaraq toy mərasimlərinin keçirilməsinə icazə verilmədiyini, üç il müddətin çox olduğunu və mənim 18 yaşıma çatmağımı gözləməyin əhəmiyyətsiz olduğunu dedi. Əhməd mənə ailə qurub, ər-arvad münasibətində yaşamağımızı dedi”. 

Səbinə deyib ki, oktyabrın 3-də, saat 18 radələrində Əhməd onu Yevlax şəhərində yaşamış bibisinin evinə aparıb: “Həmin gecə bibisinin evində qaldıq. Səhəri gün Əhməd məni yaşadığı evə gətirdi. Həmin gündən başlayaraq Əhməd ilə birlikdə həmin evdə yaşadıq. Qayınanam toy mərasimlərinin keçirilməsinə icazə verildikdən sonra mənim Əhmədlə toyumun keçiriləcəyini dedi. Toy mərasiminin keçiriləcəyi səbəbindən bir müddət Əhməd mənimlə cinsi əlaqədə olmadı”.

Səbinənin sözlərinə görə, dekabrın 4-də Əhməd ilə birlikdə yaşadıqları evdə olub: “Əhməd mənimlə cinsi əlaqədə olmaq istədiyini və həmin vaxtdan sonra mənimlə ər-arvad münasibətində yaşamaq istədiyini dedi. Əhmədin mənimlə cinsi əlaqədə olmasına razı oldum. Həmin gün, saat 23.30-da yaşadığım evdə yataq otağında Əhməd mənim razılığım ilə bir dəfə cinsi əlaqədə oldu. Mənim qızlıq bəkarətim pozuldu. Həmin vaxtdan başlayaraq yaşadığımız evdə Əhməd mənimlə mütəmadi olaraq cinsi əlaqədə oldu. Əhmədin mənimlə cinsi əlaqədə olduğunu qayınanam bildi və bu barədə anama dedi”. 

Zərərçəkmiş deyib ki, 2021-ci ilin yanvarında hamiləlik testi ilə özünü yoxlayıb və hamilə olduğu məlum olub: “2021-ci ilin mayın əvvəlinədək Əhməd mənimlə cinsi əlaqədə oldu. Həmin müddət ərzində nə Əhməd, nə də valideyinləri məni xəstəxanaya aparmadılar. Anası xəstəxanaya getdikdən sonra azyaşlı olduğum halda hamiləliyim ilə bağlı həkimlərin polis şöbəsinə məlumat verəcəyini, polislərin Əhmədi tutacağını dedi. Hamiləliyim ilə əlaqədar olaraq  müayinə olunmadım və bu səbəbdən səhhətimdə problemlər yarandı. Özümü pis hiss etdi. 2021-ci ilin mayın sonlarında halım pisləşdi. Əhmədin valideyinləri evdə olmadığı üçün bu barədə zəng edərək anama məlumat verdim. Anam gələrək məni evimizə apardı. Qayınanam yenə də xəstəxanaya aparılmağıma razı olmadığı üçün anam məni xəstəxanaya aparmadı”.
 
Zərərçəkmiş deyib ki, iyunun 12-də anası Səadət onu Yevlax şəhər Ailə Sağlamlıq mərkəzinə aparıb: “Həkim məni müayinə etdi və 21-22 həftəlik hamilə olduğumu dedi. Bundan sonra hamiləliyim ilə əlaqədar olaraq ev şəraitində müalicə olundum. Əhmədin barəsində araşdırma aparıldıqdan sonra qayınanam məni müalicəmin və doğuşumun bütün xərclərini öz üzərlərinə götürdü”.

Bu cinayət işinə Yevlax rayon Məhkəməsində hakim Ruslan Əlizadənin sədrliyi ilə baxılıb. 

Məhkəmənin hökmü ilə Əhmədin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 1 il 6 ay müddətinə şərti cəza təyin olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top