Avtomobil bazarında vəziyyət necədir? — VİDEO

AVTO 01 noy 2021, 09:09
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır.

Demokrat.az xəbər verir ki, satıcılar avtomobilləri ucuz qiymətə təklif etdiklərini deyirlər, alıcılar isə nəqliyyat vasitələrinin bahalığından şikayətlənirlər.

Məsələn, Tovuzun maşın bazarında müştərilərə daha çox "VAZ" markalı avtomobillər təklif edilir.

Alıcılar qiymətlərin yüksək olmağından gileylənirlər. Nəticədə hər iki tərəf istəyinə çata bilmir.

Gəncənin maşın bazarında da vəziyyət eynidir. Satıcılar alqı-satqının zəif olmasını pandemiya ilə əlaqələndirirlər.

Bazarlarda belə vəziyyətin nə qədər davam edəcəyi bəlli deyil.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top