Cəlilabadda Təhsil Nazirliyində qalib olmuş layihələrin təqdimatı keçirildi — VİDEO

SOSİAL 30 okt 2021, 17:10
Cəlilabad rayonunda Təhsil Nazirliyinin Təhsildə İnkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində qalib olmuş layihələrin təqdimat mərasimi keçirilib.

Demokrat.az xəbər verir ki, mərasim rayonun Heydər Əliyev mərkəzində baş tutub.

Tədbirdə layihə rəhbərləri - Cəlilabad rayonunun müəllimləri Elçin Abbasov, Gülər Bayramova və Fariz Rzayev, eləcə də rayon gəncləri iştirak edib.

Təqdimat mərasimində ilk öncə "Gələcəyi kodlaşdlranlar" layihəsinin rəhbəri Gülər Bayramova çıxış edərək layihənin məqsədi haqqında ətraflı məlumat verib.



Sonra "Müasir müəllimin pedaqoji saytı" layihəsinin rəhbəri Elçin Abbasov çıxış edərək, layihə barədə məlumat verib. Həmçinin 3-cü "İnkişaf üçün intellektual rəqabət oyunları" layihəsinin rəhbəri Fariz Rzayev çıxış edib. O da öz layihəsinin məqsədi və nəticələri haqqında danışıb.

No description available.No description available.No description available.No description available.
No description available.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top