Yük maşını dörd avtomobil və avtobusa çırpıldı — FOTO

HADİSƏ 29 okt 2021, 23:15
20 Yanvar” dairəsindən Z.Bünyadiv prospekti istiqamətində tuneldə yol-nəqliyyat hadisəsi baş verib.
 
Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, 09 BO 440 dövlət qeydiyyat nişanlı yük avtomobili eyni istiqamətdə hərəkət edən 4 minik avtomobili və 13 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 JB 297 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.
 
İlkin məlumata görə, qəza yük avtomobilinin əyləc sistemindəki nasazlıq səbəbindən baş verib.
 
Qeyd olunub ki, avtobus depoya qayıtdığından içərisində sərnişin olmayıb.
Bakıda yük avtomobili və avtobusun iştirakı ilə zəncirvari qəza baş verib (FOTO) - Gallery Image
Bakıda yük avtomobili və avtobusun iştirakı ilə zəncirvari qəza baş verib (FOTO) - Gallery Image
Bakıda yük avtomobili və avtobusun iştirakı ilə zəncirvari qəza baş verib (FOTO) - Gallery Image

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top