Nazir müavini: "Ermənilərin məhv etdiyi Topxana meşəsi bərpa olunacaq"

SOSİAL 29 okt 2021, 13:03
"İşğaldan azad olunan ərazilərdə yerləşən və vaxtilə ermənilər tərəfindən məhv edilən Topxana meşəsi bərpa ediləcək".

Demokrat.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Nazir müavini bildirib ki, bunun üçün ərazidə təhlükəsizlik tədbirləri görülməlidir: "Məhşur Topxana meşəsi o vaxt ermənilər tərəfindən qırılaraq daşınmaqla yanaşı, əraziyə fosforlu mərmilər atılaraq yanğınlar törədilib. Həmin ərazilər minalardan təmizlənəndən, təhlükəsizlik təmin olunduqdan sonra, qeyd olunan meşələrin bərpasına başlanacaq".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top