Bu ölkədə də koronavirusla bağlı yeni məhdudiyyətlər tətbiq edildi

DÜNYA 29 okt 2021, 00:19
Macarıstan hökuməti koronavirusa yoluxma hallarının sayının artması ilə əlaqədar bir sıra yeni məhdudiyyətlər tətbiq etmək qərarına gəlib.

Bu  barədə Macarıstan hökumətinin rəsmi sözçüsü Zoltan Kovacs bildirib.

Belə ki, noyabrın 1-dən etibarən ictimai nəqliyyatda maskadan istifadə, işçilərin məcburi peyvəndi, tibb müəssisələrinə baş çəkmək qadağası tətbiq ediləcək.

Bununla yanaşı, peyvənddən imtina edildikdə, işçi ödənişsiz məzuniyyətə göndərilə və bir ildən sonra işdən çıxarıla bilər. İstisna yalnız tibb müəssisələrinə aiddir.
Macarıstanda pandemiya başlayandan 850 mindən çox COVID-19-a yoluxma aşkar edilib, 30,6 mindən çox insan ölüb./report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top