Zəngəzur dəhlizinin əhəmiyyəti nədən ibarətdir? — Tarixçilərin rəyləri…

GÜNDƏM 28 okt 2021, 17:36
Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirakı ilə Zəngəzur dəhlizinin (Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu) təməli qoyuldu.

Bəs Zəngəzur dəhlizinin tarixi, coğrafi əhəmiyyəti nədən ibarətdir?

BDU-nun kafedra müdiri, tarix elmləri namizədi Kərəm Məmmədov Azsiyaset.com-a açıqlamasında bildirdi ki, Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan indiyə qədər türkiyə itirmiş olduğu əlaqələrini bərpa etmiş olacaq:



“Bizim Türkiyə ilə birbaşa quru əlaqəmiz yox idi. Həm Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqə bərpa olunacaq, həm də Türkiyə ilə. Bundan böyük tarixi əhəmiyyət nə ola bilər ki… Koridor üzərində bizim mülkiyyət hüququmuz varsa, İranın da Ermənistanla əlaqələri avtomatik şəkildə kəsilmiş olur. Son zamanalr İranın Azərbaycana qarşı aqressiv münasibətinin əsas səbəblərindən biri də budur. Əslində o vaxt Zəngəzurun Ermənistana verilməsində əsas məsələ İranla Ermənistanın əlaqəsini təmin etmək və digər tərəfdən də, Azərbaycanla Türkiyənin və Naxçıvanın əlaqəsini kəsmək idi”.

Tarxiçi, siyasi analitik Rizvan Hüseynov Azsiyaset.com-a açıqlamasında bildirdi ki, Zəngəzur dəhlizinin açılması inqilabi bir hadisədir:



“Biz orta əsrlərdəki gücümüzə qaydırıq. Dəhliz adi yol deyil, bu hərəkət etmək üçün bir arteriyadır, qandır. Bunu da 200 il bundan əvvəl kəsiblər. 200 ildir regionu kəsib Arazboyu əraziləri depoya çevrən qüvvələr var. Biz sizinlə geniş müsahibə zamanı bu məsələnin detallarından, Rusiya və Qərb ölkələrinin buradakı rolundan danışacağıq. Bəs indi nə baş verir? Biz bütün bunu dəyişib öz ata-babalarımızı qurduğu bir nizama qayıdırıq”.

Samir Feyruzov 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top