Dünyada koronavirusdan ölənlərin sayı 5 milyonu keçdi

DÜNYA 28 okt 2021, 18:15
Dünyada COVID-19 virusundan ölənlərin sayı 5 002 643 nəfərə çatıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, virusa indiyədək 245 milyondan çox yoluxma halı üzə çıxıb.

Koronavirusdan ən çox ölənlər ABŞ-da (740 min), Braziliyada (606 min), Hindistanda (456 min) qeydə alınıb.

Qeyd edək ki, koronavirusdan ilk ölüm hadisəsi 2020-ci il yanvarın 11-də açıqlanıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top