Azərbaycan və Türkiyə artıq qlobal miqyasda aparıcı qüvvə kimi çıxış edirlər

GÜNDƏM 28 okt 2021, 13:07
“Oktyabrın 26-da Azərbaycanın müttəfiqi olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuliyə səfəri və Zəngəzur dəhlizinin təməlinin qoyulması Vətən müharibəsində qazandığımız qələbənin dəstəklənməsi ilə yanaşı, Türkiyə və Azərbaycanın regionda sülh, sabitlik, davamlı inkişaf və nəqliyyat qovşağının geniş şəkildə şaxələndirilməsinin tərəfdarı olduğunu bir daha təsdiqləyir. Regionumuzda Türkiyə və Azərbaycanın iştirakı ilə həyata keçiriləcək istənilən layihə Türk dünyası üçün yeni imkanlar açacaq”.

Bu sözləri "İki sahil"ə açıqlamasında  “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli deyib .

Məsələyə hüquqi aspektdən yanaşan Ramil İskəndərli vurğuladı ki, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” 2010-cu il avqustun 16-da Bakı şəhərində imzalanmış və həmin ildə ölkə Prezidentləri tərəfindən təsdiq olunmuş Müqavilədən sonra və bu ilin 15 iyun tarixində imzalanan Şuşa bəyannaməsi ilə münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlib.

Rəcəb Tayib Erdoğanın Füzuliyə və Zəngilana səfəri isə iki dövlət arasında əlaqələri daha da dərinləşdirəcək. Ekspert hesab edir ki, iki ölkə artıq regional və qlobal miqyasda aparıcı qüvvə kimi çıxış edirlər.

Zəngəzur dəhlizinin işə salınması isə regionda yaşayan xaqlar arasında sülh və əmin-amanlığa, iqtisadi inkişafa xidmət edəcək. Ərdoğanın səfəri bir daha təsdiqləyir ki, Azərbaycan və Türkiyə regionda davamlı sülhə nail olmaq üçün kokret addımlar atırlar. 

Eyni zamanda bu dəhliz iqtisadi və ticarət əlaqələrinin inkişafı ilə yanaşı Zəngəzurdan çıxıb İstanbula qədər gedə bilməyimizə şərait yaradacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top