Şahmatçımız yeddinci pillədə qərarlaşdı

İDMAN 28 okt 2021, 00:28
Banqladeşin paytaxtı Dəkkədəki xatirə turniri başa çatıb.

Turnirdə şahmatçılarımızdan ən yaxşı nəticəni Vüqar Rəsulov göstərib. Son tura qədər turnir cədvəlində liderlik edən təmsilçimiz sonuncu qarşılaşmasında rəqibi polşalı Mixail Krasenkova uduzaraq mükafatçılar sırasından kənarda qalıb. Doqquz turdan 6,5 xal toplayaraq 2-7-ci yerləri bölüşən şahmatçımız əlavə nəticələrə görə 7-ci sırada qərarlaşıb. Digər şahmatçılarımız Vüqar Əsədli və Misrətdin İsgəndərov 6 xalla 9-11-ci yerləri bölüşüblər.

Turnirin qalibi M.Krasenkov olub.

Yarışda 102 şahmatçı iştirak edib ki, onlardan da 33-ü qrossmeyster olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top