Abşeronda şəhid Fərid Məmmədovun xatirəsinə ucaldılan abidə-bulaq kompleksinin açılışı olub, il mərasimi keçirilib — FOTO

GÜNDƏM 27 okt 2021, 22:20
Abşeron rayonunun Xırdalan şəhərində şəhid leytenant Məmmədov Fərid Vəlhad oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub.

Açılışda Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri, döyüş-səngər yoldaşları, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak edib. Bildirilib ki, şəhidlərin xatirəsinin əbədiləşdirmək istiqamətində rayon ərazisində bir sıra tədbirlərin görülüb, vətənin bütövlüyü uğrunda canından keçən igid oğullarımızın adları küçələrə verilib və həmin küçələr abadlaşdırılıb. 

Daha sonra hərbi orkestr himnimzi və hərbi mahnılar ifa edib. 

Məktəblilər vətənpərvərlik şeirləri səsləndirib. 

Səhəri gün şəhid Fərid Məmmədovun il mərasimi keçirilib. Mərasimdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, millət vəkili Oqtay Əsədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, gənclər və rayon ictimaiyyəti iştirak edib. 

Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb. 

RİH başçısı İ.Gülməmmədova şəhidimizin ailə üzvləri ilə görüşüb, onların qayğıları, problemləri ilə maraqlanıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top