İran XİN-dən Azərbaycanla bağlı növbəti açıqlama

GÜNDƏM 27 okt 2021, 19:20
Azərbaycanla İran arasında açıq müstəvidə cərəyan edən gərginlik mərhələsi başa çatıb.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda keçirilən mətbuat konfransı zamanı bəyan edib. Qonşu ölkələrin XİN rəhbərlərinin Əfqanıstandakı vəziyyətə dair toplantısının yekunlarına dair brifinqdə çıxış edən nazir bildirib ki, azərbycanlı həmkarı Ceyhun Bayramovla təmasları olub və mövcud problemlər tədricən öz həllini tapacaq.

O qeyd edib ki, hazırki İran hökuməti qonşularla münasibətlərin inkişafını hədəfləyir./oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top