Səfir: "ABŞ Cənubi Qafqazda kommunikasiyaların açılmasını dəstəkləyir"

XARİCİ SİYASƏT 27 okt 2021, 16:05
"ABŞ Cənubi Qafqazda regional əlaqələrin qurulmasında çox maraqlıdır. Bu, həm quru yollara, həm dəmir yoluna, həm də hava nəqliyyatına aiddir. Biz regionun hər üç ölkəsi arasında iqtisadi inkişafı təşviq edən addımları dəstəkləyirik".

"Report"un Qərb bürosu xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer Gəncədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“ABŞ tərəflərlə danışıqlar aparmağa davam edir ki, bu cür inkişafı dəstəkləyən addımlara öz töhvəsini versin”, - diplimat bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top