Azərbaycan Ordusunun 383 xüsusi təyinatlısı Türkiyədə təlimi başa vurdu — FOTOLAR

HƏRBİ 27 okt 2021, 15:00
Azərbaycan Ordusunun Türkiyəyə təlimə göndərilən 383 xüsusi təyinatlısı kursu uğurla başa çatdırıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Türkiyənin İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığının təşkil etdiyi “Əməliyyat Təlim Kursu” başa çatıb. 383 azərbaycanlı hərbçinin iştirak etdiyi təlim kursu avqustun 23-dən oktyabrın 16-na kimi davam edib”, - nazirlikdən bildirilib.

Təlimi başa vuran hərbçilərə sertifikatlar təqdim edilib.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top