Gənc oğlandan atasını təhqir edən həmkəndlisinə qarşı dəhşətli əməl —Təfərrüat

KRİMİNAL 27 okt 2021, 11:39
Yevlax rayonunda 1998-ci il təvəllüdlü Famil həmkəndlisi Yavərə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2020-ci ildə baş verib. Famil Yevlax rayonu, Qaramanlı kəndində yaşadığı evin yaxınlığında atası Sədini təhqir edən həmkəndlisi Yavərlə qarşılaşıb. Famil ondan atası ilə nəyə görə kobud davrandığını soruşub. 

Bu səbəbdən onların aralarında mübahisə baş verib. Mübahisə zamanı Famil qisas almaq niyyəti ilə əlindəki bıçaqla Yavərin qarın nahiyəsindən bir dəfə vurub. 

İstintaq orqanı tərəfindən Familin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Famil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, evdə olarkən tanışı Elvin onun telefonuna zəng edib və atası Sədi ilə həmkəndlisi Yavərin mübahisə etdiyini, atasını Yavər itləyərək yerə yıxdığını və atasının halının pis olması barədə məlumat verib: “Mən də bu barədə qardaşım Elməddinə zəng edərək bildirdim və atamın işlədiyi mağazaya getdim. Orada atamın halının pis olduğunu və sifətinə su vurduğunu gördüm. Atamdan nə olduğunu soruşdum. Atam ciddi bir şey olmadığını, mənə və qardaşıma evə getməyimizi dedi”. 

Təqsirləndirilən şəxsin ifadəsinə görə, atasını Ərəstunun idarə etdiyi avtomaşına mindirib və evə gəliblər: “Özüm evimizə çatarkən Yavərin idarə etdiyi avtomaşını dayısının küçə qapısında saxlayaraq onunla söhbət etdiyini gördüm. Qardaşım avtomaşını saxladı və birlikdə avtomaşından düşdük. Yavərin üzərinə yeriyərək atam ilə nəyə görə mübahisə edib, itələyərək yıxmasının səbəbin soruşdum. Yavər mənə yaxşı etdiyini dedi. Bunun üstündə aramızda mübahisə yarandı. Mübahisə zamanı dayım qardaşımı tutdu. Mən isə Yavər ilə əlbəyaxa oldum. Yavər yerə yıxıldı. Yerdə süpürləşərkən Yavərə gücüm çatmadığına görə, gündüzdən həyətimizdə olan heyvanlara verdiyim ot bağlarını kəsmək üçün cibimə qoyduğum bıçağı çıxardım və Yavərin qarın nahiyəsinə bir dəfə vurdumr. Həmin vaxt oraya gəlmiş Yavərin dayısı oğlu onları aralayıb və onlar evə gedib”. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Yavərin sözlərinə görə, Yevlax rayonu, Qaramanlı kəndində evləri olsada, faktiki olaraq Gəncə şəhərində yaşayır: “Hadisə günü işim ilə əlaqədar Yevlax şəhərinə gəldim. İşimi gördüm, sonra saat 18.30-da Qaramanlı kəndində yaşayan nənəm ilə görüşmək üçün kəndə getdim. İdarə etdiyim avtomaşını həmkəndlim Sədinin mağazasının qarşısında saxladım, yaxınlıqdakı çayxanaya getdim. Az sonra Sədi avtomaşımı oradan götürməyim üçün mənə azyaşlı uşaqdan xəbər göndərdi. Lakin uşağın sözünə məhəl vermədim”. 
Yavər qeyd edib ki, bundan sonra Sədi özü oraya gəlib, ona avtomaşını oradan götürməsini deyib: “Sədiyə beş dəqiqəyə gələrək avtomaşının götürəcəyimi bildirdim. Sədi gedərkən sözlə ünvanıma xoşa gəlməz ifadə işlətdi. Maşının yanına getdim və sözlə Sədi ilə mübahisə etdim. Sədi qarşıma gəldi. Onun sinəsindən arxaya itələdim. Sədi arxaya-arxaya gedərək yıxıldı. Sonra maşına əyləşdim, nənəm ilə görüşmək üçün onlara getdim. Maşını nənəmgilin küçə qapısında saxladım, maşından düşdüm. Həmin vaxt dayımın küçədə olduğunu gördüm. Onunla görüşüb, söhbət etməyə başladım”. 

Zərərçəkmiş deyib ki, saat təxminən 19.30 radələrində oraya “Jiquli” markalı maşın gəlib: “Maşın yanmızda dayandı. Maşını sürən Sədinin oğlu Elməddin, yanındakı isə qardaşı Famil olub. Onlar ikisidə maşından düşərək məndən atası ilə nəyə görə kobud davrandığını dedi, məni təhqir edərək üstümə gəldilər. Dayım Elməddini tutdu, Famil isə üstümə cumdu. Mənimlə əlbəyaxa oldu. Həmin vaxt ayağım-ayağıma ilişərək yerə yıxıldım və Famil üst tərəfimdə oldu. Familin altından çıxmaq istədim. Famil əlindəki bıçaqla qarın nahiyəmdən bir dəfə vurdu. Oraya gəlmiş dayım oğlu bizi aralaşdırdı”. 

Zərərçəkmiş deyib ki, həmin vaxt Famil onu bıçaqla vurub: “Mən onu vurmadıç. Familgil qaçaraq getdi. Qarın nahiyəmə baxarkən qarın nahiyəmin kəsilmiş olduğunu və qan axdığını gördüm. Dayımgil qarnımı sarısada qan kəsmədiyinə görə kəndlərinin yaxınlığında yerləşən Goranboy rayon Mərkəzi Xəstəxanasına aprdılar. Orada həkimlər mənə tibbi yardım göstərdi, vəziyyətim yaxşı oldu”.

Yevlax rayon Məhkəməsinin hökmü ilə Familin barəsində olan cinayət təqibinə xitam verilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top