Əməkdar artisti maşın vurdu, vəziyyəti ağırdır

ŞOU-BİZNES 27 okt 2021, 09:22
Əməkdar artist Elizbar Osmanovu maşın vurub. 

Demokrat.az xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində Bakı Dövlət Sirkinin yaxınlığında baş verib.

1 saylı Kliniki Tibbi Mərkəzə aparılan Elizbar Osmanovun vəziyyəti ağır olub.  

Xəstəxanadan verilən məlumata görə, əməkdar artist cərrahi əməliyyata alınıb. 

Əməliyyat bitib, xəstənin vəziyyəti ağırdır. 

Elizbar Osmanovu vuran "BMW" markalı maşının sürücüsü polis tərəfindən dindirlir.  

Qeyd edək ki, Elizbar Osmanova Prezidentin sərəncamı ilə bu il "Əməkdar artist" fəxri adı verilib.(qaynarinfo.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top