Ərdoğanı Zəngilanda Prezident İlham Əliyev qarşıladı

XARİCİ SİYASƏT 26 okt 2021, 17:20
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan rayonuna səfəri başlayıb.

Demokrat.az xəbər verir ki, rayonda dövlət başçısının rəsmi qarşılanma mərasimi keçirilib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top