Səfir: “Heç kim İsrail-Azərbaycan münasibətlərinə mane ola bilməz”

GÜNDƏM 26 okt 2021, 16:57
“Biz İsrail-Azərbaycan münasibətlərinin inkişafını və çiçəklənməsini görməkdən məmnunuq”.

Demokrat.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik tviter səhifəsində yazıb.

“Biz üçüncü qüvvələri nəzərə almadan tərəfdaşlığımızı daha da gücləndirmək niyyətindəyik”, - diplomat qeyd edib.

C.Dik Bakıda keçirilən "Rebuild Karabakh" sərgisində İsrail şirkətlərinin istehsal etdiyi müxtəlif texnologiyaların nümayiş olunduğunu bildirib, bunu İsrail və Azərbaycan arasında dostluq münasibətlərini rəmzi adlandırıb: "Biz bu dostluğu dəyərləndiririk və gün keçdikcə artmasından məmnunluq duyuruq. Heç bir üçüncü dövlət, heç kim bizim münasibətlərimizə nə qarışa, nə də mane ola bilər. Əməkdaşlığımızın gələcəyinin parlaq olacağına və İsraillə Azərbaycan arasında daha çox iş birliyi görəcəyimə ümid edirəm".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top