Yol polisi sürücülərə müraciət etdi: "Bu yol bağlanır"

SOSİAL 26 okt 2021, 11:50
"Paytaxtın Nərimanov rayonu ərazisində Heydər Əliyev prospekti ilə A.Nemətulla küçəsi ilə kəsişmə hissəsindən “Nəriman Nərimanov” metrosu istiqamətində yolun yəni, A. Nemətulla 32 ünvanında istismara tam yararsız yarı sökülmüş binanın vəziyyətdə olan binanın uçma təhlükəsi yaranıb".

Demokrat.az xəbər verir ki, bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli bildirib,

"Qanunvericilikdə nəzərdə tutulmuş sənədlər əsasında binanın tam sökülməsi nəzərə alınıb. Bu məqsədlə oktyabrın 26-da saat 21:30-dan Heydər Əliyev prospektindən A. Nemətulla küçəsi istiqamətinə əlavə yolda avtomobillərin və marşrut üzrə işləyən ictimai nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır və istiqamət dəyişdirilir.

Qısamüddətli söküntü işləri tam başa çatanadək hərəkətlə bağlı təhlükəsizliyi təmin etmək məqsədilə bütün hərəkət iştirakçılarına müraciət edirik ki, göstərilənləri nəzərə alıb alternativ yollardan istifadə etsinlər", deyə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı qeyd edib.

No description available.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top