Şadlıq evinin sahibi 4 min manat cərimələndi

SOSİAL 25 okt 2021, 19:43
Cəlilabadda şadlıq sarayının sahibi 4000 manat cərimələnib.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq yoxlamalar zamanı rayon ərazisində yerləşən “Ülviyyə” şadlıq sarayında təşkil edilən toy mərasimində karantin rejim qaydalarının pozulması halı aşkarlanıb. Həmin şadlıq sarayının sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat məbləğində cərimə olunub.

Bundan başqa Cəlilabad rayonunun Cəlayir kənd sakini C.Məstəliyevin fərdi yaşayış evinin həyətində təşkil etdiyi məclis zamanı iştirak edən qonaqların müəyyən edilən say həddindən çox olduğu aşkarlanıb və həmin şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top