Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

XARİCİ SİYASƏT 25 okt 2021, 17:49
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Bildirilib ki, R.T.Ərdoğan oktyabrın 26-da Azərbaycana bir günlük işgüzar səfər edəcək. Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.

Qeyd olunub ki, Azərbaycan və Türkiyə prezidentləri işğaldan azad olunan Füzuli rayonunda yeni inşa edilən Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəklər.

Dövlət başçıları həmçinin Füzulidə yeni avtomobil yolunun açılışına qatılacalar.

Bundan başqa, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Türkiyənin dəstəyi ilə işğaldan azad olunan Zəngilan rayonunda inşa ediləcək "Ağıllı aqropark"ın təməlini qoyacaqlar.

“Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə-Azərbaycan əlaqələri müzakirə ediləcək, bu münasibətlərin daha da dərinləşdirilməsi nəzərdən keçiriləcək. Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, həmçinin regional və beynəlxalq proseslərlə bağlı da fikir mübadiləsi aparılacaq”, - məlumatda vurğulanıb.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top