Azərbaycanda ehtiyatda olan hərbçilərin toplanışı başladı

HƏRBİ 25 okt 2021, 10:01
Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin toplanışı başlayıb.

Bu barədə Demokrat.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 45-ci maddəsinə uyğun olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.

Bildirilib ki, hazırda Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top