"Olub-keçəni unutmuşam, ölümünə də sarsılmışam” — Əlibaba Məmmədov

MƏDƏNİYYƏT 24 okt 2021, 23:32
“Yaşım 90-ı haqlayıb, səhhətimdən nə danışım? Desəm ki, yaxşıyam təbii ki, inanmayacaqsınız. Axı yaxşı da deyiləm, tez-tez halım dəyişir. 90 yaşlı insanın səhhəti necə olar? Dəyişkən! Yenə də bu günümüzə şükür!”.

Bunu  Xalq artisti, ustad sənətkar Əlibaba Məmmədov deyib. O daha sonra əlavə edib.

“Görün neçə ildir ki, mən efirlərdə, səhnədə, sənətdə yoxam, amma yenə də sağ olsun camaat, insanlarımız ki, məni hər zaman yad edirlər. Bu böyük sevgini hər zaman hiss etmişəm və edirəm də. Kimlər məni istəyirsə, mən də onları istəyirəm. Sənət yoldaşlarım da mənimlə maraqlanır, amma çox danışa bilmədiyim üçün onlara icazə vermirəm ki, mənə zəng edib, narahat etsinlər. Ayaqlarım tutulub, qalxıb gəzə bilmirəm. İndi ancaq iti yerişlə addımladığım, gəzə bildiyim günlərin, illərin  həsrətini çəkirəm. Sən demə insan gəzəndə yaşayır” deyə sənətkar bildirib.

Ustad sənətkar küsülü olduğu, dünən dünyasını dəyişən xalq artisti Canəli Əkbərovdan da danışıb.
“Bir müddət əvvəl Canəli Əkbərovun xəstəliyini eşidib pis oldum. Hətta ona şəfa da arzuladım. Görünür ki, Allah onun ömür yolunu belə yazıb. Canəlinin ölüm xəbərini televizorda eşitdim, sarsıldım. Canəliyə qarşı heç vaxt kinim olmayıb. Olub-keçəni çoxdan unutmuşdum, mənə elə gəlir ki, o da. Allah Canəliyə rəhmət etsin, ruhu şad olsun” deyə Əlibaba Məmmədov bildirib./Moderator.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top