Kremldən Rusiya-Azərbaycan-Ermənistan liderlərinin görüşü ilə bağlı AÇIQLAMA

QARABAĞ 23 okt 2021, 16:18
“Rusiya-Azərbaycan-Ermənistan liderlərinin görüşünün keçirilməsi ilə bağlı razılıq əldə olunarsa, Kreml bu barədə vaxtında məlumat verəcək”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

Qeyd edək ki, bundan əvvəl  Ermənistanın “Aliq Media” saytı məlumat yayıb ki, Rusiya Prezidenti Vladimir Putinin, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə noyabrın ilk ongünlüyündə Moskvada görüş keçiriləcək. Görüş zamanı üçtərəfli bəyanat imzalanacaq.

Məlumata görə, birinci sənəd Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və delimitasiyasına, ikinci sənəd regionda kommunikasiyaların, xüsusən də Azərbaycan və Naxçıvan arasında dəhlizin açılmasına aiddir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top