Partiya sədri: “Azəriqaz”ın rəhbərliyini müsbət qiymətləndirmək üçün heç bir əsas yoxdur”

GÜNDƏM 23 okt 2021, 13:55
"Ölkə təsərrüfatında, xüsusilə təbii qazın, suyun və elektrik enerjisinin təchizatında bir sıra qüsurlar var. Təbii ki, burada birbaşa olaraq aiddiyyatı qurumlar məsuliyyət daşıyır. Lakin belə olan halda, vətəndaşların da aktiv olması vacibdir".

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
 
Partiya sədri bildirib ki, vətəndaşlar öz istehlakçı hüquqlarını müdafiə etməyi bacarmalıdırlar: "İndiki vəziyyətdə problemlər artmağa davam edəcək, problemlərin həlli ilə heç kim məşğul olmayacaq. Problemin həlli üçün müəyyən şəkildə aktivlik nümayiş etdirərək təzyiq göstərmək lazımdır. Təəssüf ki, bu, indiki cəmiyyətə xas xarakter deyil. Hazırda ölkədə hər yerdə təbii qazla bağlı müxtəlif problemlər var. Üstəlik, təbii qazın qiyməti də qaldırılıb. Ona görə də, "Azəriqaz"ın rəhbərliyini müsbət qiymətləndirmək üçün heç bir əsas yoxdur".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top