İstanbulda türk dövlətlərinin TV rəhbərləri və SMM mütəxəsislərinin görüşü oldu — FOTOLAR

MEDİA 23 okt 2021, 13:16
İstanbulda türk dövlətlərinin televiziya kanalları rəhbərləri, təmsilçiləri, habelə sosial media marketinq (SMM) mütəxəssisləri arasında görüş keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkil etdiyi Türk Şurasının mediaforumu çərçivəsində baş tutuan görüşdə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və digər türk dövlətlərinin televkanallarının nümayəndələri, həmçinin gənc jurnalistlər iştirak ediblər.

Görüşdə qardaş ölkələr arasındaki media əlaqələrindəki mövcud problemlemlərin həlli müzakirə edilib, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan gənclərinin vahid sosial media platformasının təşkil olunmasına dair fikir mübadiləsi aparılıb.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top