Türk Şurasının mediaforumunda Qarabağ müzakirə olunacaq

MEDİA 23 okt 2021, 12:50
Oktyabrın 22-də İstanbulda işə başlayan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumu davam edir.

Demokrat.az xəbər verir ki, tədbirin ikinci günündə “Türk dünyasının gələcəyi: Yeni Uluğ bəyləri, Əlişir Nəvailəri, Əhməd Yaseviləri”, “Türk dünyası olaraq gələcəyi qurmaq” və “Birlikdən doğan Zəfər: Qarabağ” mövzularında panellər keçiriləcək.

“Birlikdən doğan Zəfər: Qarabağ” panelində Qarabağ Zəfəri ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ilə Türkiyə arasındakı güclü həmrəyliyin bütün türk dünyası məkanında nümayiş olunmasının vacibliyi, bütün sahələr üzrə əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində atılacaq birgə addımlar müzakirə mövzusu olacaq.

Xatırladaq ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin ev sahibliyi etdiyi “Köklü keçmiş, güclü gələcək” şüarı ilə keçirilən mediaforumda ölkəmiz Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur.

Foruma Türk Şurasına üzv və müşahidəçi ölkələrindən olan dövlət qurumlarının və özəl təşkilatların yüksəkvəzifəli şəxsləri, media nümayəndələri, akademiklər, sosial media təmsilçiləri, universitet tələbələri olmaqla 500-dən çox iştirakçı qatılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top